"Votsap"ın rəhbəri istefa verdi
WhatsApp mesencerinin həmtəsisçisi və eyni adlı şirkətin rəhbəriYan Kun vəzifəsindən istefa verib.
Gunaz.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində məlumat dərc edib.
ABŞ KİV-lərinin mənbələrə istinadla yaydığı xəbərə əsasən, Yan Kum bu qərarı Facebook şirkəti ilə fikir ayrılığı səbəbindən verib.
Qeyd edək ki, Facebook şirkəti WhatsApp-I 2014-cü ildə 21,8 milyard dollar satın alıb.