Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb

Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib:

“Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib”.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

 

Gunaz.az 

скачать dle 12.1
Geri qayıt