Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır

Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.

Bu barədə Gunaz.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 15:00-da bu göstərici 10 faiz təşkil edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

скачать dle 12.1
Geri qayıt