Əfv komissiyası 100 müraciəti araşdırıb

Əfv komissiyası 100 müraciəti araşdırıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Gunaz.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək keçirilən iclaslarda 500-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.
скачать dle 12.1
Geri qayıt