Sabaha olan hava proqnozu– 23 DƏRƏCƏ İSTİ OLACAQ

Sabaha olan hava proqnozu– 23 DƏRƏCƏ İSTİ OLACAQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Gunaz.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti təşkil edəcək.

Martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

скачать dle 12.1
Geri qayıt