Əkizləriylə ilk dəfə efirdə rəqs etdi - MARAQLI ANLAR
"Xəzər" telekanalıdan yayımlanan "Səni axtarıram" verilişinin dünəki buraxılışında maraqlı anlar yaşanıb.
Gunaz.az xəbər verir ki, verilişin aparıcısı Xoşqədən Hidayətqızının əkiz oğlanları Arda və Arın onu canlı yayımda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Təbrikə aparıcının həyat yoldaşı, tanınmış müğənni Doğuş da qoşulub.
Teleaparıcı ilk dəfə canlı efirdə övladlarıyla rəqs edib.