Azərbaycanda "halal turizm" yaradılır

Azərbaycanda "halal turizm" yaradılır
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "halal turizm"in yaradılması istiqamətində işlər aparır.

Gunaz.az xəbər verir ki, bunu nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, müsəlman ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı getdikcə artır. Odur ki, "halal turizm"in standartlarının yaradılması vacibdir.

A.İsmiyev onu da bildirib ki, ölkəyə turist axını ilə əlaqədar yeni otellərin tikilməsi prioritet olaraq qalır: “Əsasən iki-üç ulduzlu otellərin tikilməsi nəzərdə tutulub. Ümumiyyətlə, hər il 30-35 otel tikilir. 2020-ci ildə Azərbaycanda baş tutacaq futbol üzrə dünya çempionatına qədər ölkədə xeyli otellər tikiləcək".

Onun sözlərinə görə, paralel olaraq Azərbaycanda yeni hostellər də açılır: “Hazırda nazirlikdə hostellər üçün standartlar hazırlanır. Qiymətləri isə bazar müəyyən etməlidir". 

скачать dle 12.1
Geri qayıt