Hərbçilərimiz Xocalı soyqırımını andı

Hərbçilərimiz Xocalı soyqırımını andı
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.

скачать dle 12.1
Geri qayıt