Siyavuş Novruzov: "Azərbaycan artıq idman ölkəsi kimi tanınır"

Siyavuş Novruzov: "Azərbaycan artıq idman ölkəsi kimi tanınır"
"Əvvələr Azərbaycanı neft-qaz ölkəsi kimi tanıyırdılarsa, indi idman ölkəsi kimi tanıyırlar".

Gunaz.az-ın xəbərinə görə, bunu Azərbaycan Voleybol Federasiyasında (AVF) 2016-2017-ci ilin yekunlarına həsr olunan tədbirdə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın yüksək təşkilatçılığı ilə yadda qalıb: "Ölkəmizdə vətəndaşların idmanla məşğul olması üçün müxtəlif tipli idman qurğuları inşa edilib. Dövlət tərəfindən milli idman federasiyalarına böyük dəstək verilir. Azərbaycan Prezidentinin tamaşaçı kimi ən çox iştirak etdiyi idman növü voleybol oyunlarıdır. Bu da komandalarımızın uğurlu çıxışından irəli gəlir. Voleybol yalnız paytaxtla məhdudlaşmır, regionlarda bu idman növünə böyük maraq var və bu sahənin inkaşfı üçün şərait yaradılıb".

S.Novruzov aprelin 11-də keçiriləcək prezident seçkilərindən də danışıb. O deyib ki, Azərbaycan xalqı öz sözünü söyləyib, mövqeyini ortaya qoyub: "Vətəndaşlarımız seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizdəki tərəqqinin davamlı olmasını arzulayırlar".

скачать dle 12.1
Geri qayıt