İlin ilk Günəş tutulması

İlin ilk Günəş tutulması
Bu gün 2018-ci ilin ilk Günəş tutulması baş verəcək.

Gunaz.az xəbər verir ki, axşam saat 22:55-də başlayan tutulma 16 fevral tarixinə qədər davam edəcək. İlk Günəş tutulması 16 fevral 00:51 radələrində tutulma maksimumuna çatacaq və 02:47-də başa çatacaq.

Qeyd edək ki, Günəş tutulması Cənubi Amerikanın cənubunda və Antarktidada müşahidə ediləcək.

Bununla yanaşı, alimlər bildiriblər ki, 2018-ci ildə daha iki Günəş tutulması olacaq. Onlardan biri 13 iyul, digəri isə 11 avqusta təsadüf edəcək.

скачать dle 12.1
Geri qayıt