Məktəblilərə şad xəbər — Tətil başlayır

Məktəblilərə şad xəbər — Tətil başlayır
Sabahdan ümumtəhsil məktəblərində qış tətili başlayır.

Gunaz.az xəbər verir ki, bu gün məktəblərdə son dərs günüdür. Sabahdan, yəni 27 yanvar tarixindən qış tətilidir.

Məktəblərdə qış tətili 31 yanvar tarixinə qədər davam edəcək.

Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. Məktəblərdə  dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

скачать dle 12.1
Geri qayıt