Vergilər nazirinin yeni müşavirləri - Təyin olundu
Orxan Nəzərli və Abdulla Tağıyev Azərbaycan vergilər nazirinin müşavirləri təyin olunub.
Gunaz.az-a verilən məlumata görə,bu barədə hökumətdəki mənbə məlumat verib.
Xatırladaq ki, bu ayın əvvəlində Mərkəzi Bankın keçmiş sədr müavini Xaqani Abdullayev də vergilər nazirinin müşaviri təyin olunmuşdu.
Hazırda nazir Mikayıl Cabbarovun müşavirlərinin sayı 5 nəfərə çatıb: Camal Qasımov, Elnur Əliyev, Xaqani Abdullayev, Orxan Nəzərli və Abdulla Tağıyev.