Sürücülərin diqqətinə - Paytaxtda bu yollar bağlanır

Sürücülərin diqqətinə - Paytaxtda bu yollar bağlanır
Paytaxtın Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır.
 
Bu barədə Gunaz.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
 
O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

скачать dle 12.1
Geri qayıt