“Prezidentin AXC ilə bağlı qərarı tarixi hadisədir” - Azay Quliyev
Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev prezident İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsini mühüm, tarixi hadisə adlandırıb.
Gunaz.az xəbər verir ki, Azay Quliyev öz “Twitter” hesabında prezidentin məlum addımı ilə bağlı yazıb: "Cənab Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi dövlətçilik tariximizin və demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin, inamın artmasına təkan verən sanballı töhvədir, tarixi hadisədir".