Mikayıl Cabbarovun işdən azad etdiyi şəxslərin adları - SİYAHI (YENİLƏNDİ)

Mikayıl Cabbarovun işdən azad etdiyi şəxslərin adları - SİYAHI (YENİLƏNDİ)

64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Gunaz.az-a verilən məlumatda bildirilib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.

Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, departament rəhbərləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

 

***

Gunaz.az "Report"-a istinadən tutduqları vəzifədən azad edilən şəxslərin qısa siyahısını təqdim edir:

Ad, soyad Tutduğu vəzifə
İlqar Əhmədov Vergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru
Nəsimi Cəfərov Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini
Raqif Qurbanov Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini
Mübariz Verdiyev Milli gəlirlər Departamentinin şöbə rəhbəri
Natiq Məmmədov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Mübariz Əmiraslanov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Qabil Tarquliyev Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Tariyel Şahbazov Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Elxan Həsənzadə Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Kəmaləddin Baxşəliyev Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Nicat Məmmədzadə Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Nazim Cahangirov Bakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Azər Qurbanov Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Fuad Zeynalov Bakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Azər Mehdizadə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin şöbə rəhbəri
Emil Xanməmmədov Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin İdarə direktoru

 

скачать dle 12.1
Geri qayıt