Türk həkimdən botoks məsləhəti - “Kəllə-paça yeyin”

Türk həkimdən botoks məsləhəti - “Kəllə-paça yeyin”

Türkiyənin məşhur daxili xəstəliklər və kardiologiya mütəxəssisi, professor Canan Qaratay bədəndə protein ehtiyacını təmin etmək üçün çoxlu kəllə-paça yeməyi məsləhət görüb.

ONN media türk mediasına istinadla xəbər verir ki, həkim illərdir xolesterolu artırdığına dair yasaqlanan kəllə-paçanın yeyilməsini təklif edib.

Onun sözlərinə görə, ət ala bilməyənlər sümük alıb onun suyunu içə bilər: “İndi gedib botoks elətdirirlər. Qardaşım, sən kəllə-paça yesən, botoksa ehtiyacın olmaz. Sümük suyu iç. Ət ala bilmirəm, pul tapmıram deyənlər sümük alıb suyunu qaynadıb çoxlu-çoxlu içsin. Hamısının içində bütün minerallar var”.(Teleqraf)

 

скачать dle 12.1
Geri qayıt