Elmar Məmmədyarovla Nalbandyan bu gün görüşəcək

Elmar Məmmədyarovla Nalbandyan bu gün görüşəcək

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Gunaz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

скачать dle 12.1
Geri qayıt