Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınların sayı açıqlandı- RƏSMİ
2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı qadınlarla ailə həyatı qurub.
Gunaz.az-ın məlumatına görə, bu barədə trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.
Məlumata əsəsən, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar bu göstərici üzrə üçüncü sıradadırlar.
2016-cı ildə Türkiyə vətəndaşları daha çox suriyalı qadınlarla ailə qurublar. Belə ki, ötən il türk kişilər 6495 suriyalı, 2644 alman xanımla evləniblər.
TÜİK-in məlumatında qeyd olunur ki, 2016-cı ildə ölkə ərazisində ümumilikdə əcnəbilərlə 22 583 nikah qeydə alınıb. Ötən il 1338 türkiyəli qadın Almaniya, 377-si Suriya, 291-i isə Avstriya vətəndaşı ilə ailə qurub.