Haqq, ədalət hər zaman qalibdir

Reket jurnalistlər indi də Gədəbəy rayonunu hədəfə alıb
Son illər respublikamızda həyata keçirilən genişmiqyaslı işlər günü-gündən daha da vüsət almaqdadır. Artıq inkişaf dinamikasına görə paytaxtla bölgələr arasındakı fərq də aradan qalxır.
Qısa zaman kəsiyində Gədəbəy rayonunda sosial-iqtisadi göstəricilər yüksək səviyyəyə yüksəlib, çoxlu sayda infrastruktur obyekti tikilib, istehsal, emal müəssələri istifadəyə verilib, turizm, istirahət, mədəniyyət obyektləri inşa edilib. Yeni-yeni yollar, su, kanalizasiya sistemləri, yüksək gərginlikli elektrik xətləri çəkilib.
Artıq Gədəbəy görkəmini dəyişərək respublikanın ən yaraşıqlı şəhərləri sırasına daxil edilmişdir, desək yanılmarıq. Bunu isə görmək üçün sadəcə bir dəfə Gədəbəy rayonuna səfər etmək kifayətdir. Burada aparılan yenidənqurma işlərinə prezident İlham Əliyev 20 avqust 2017-ci il tarixdə Gədəbəydə səfərdə olarkən yüksək qiymət verdi. Bir sıra yeni inşa edilmiş obyektlərin açılışında iştirak edən dövlətimizin başcısı görülmüş işlərdən razılıq ifadə edərək öz tövsiyələrini də verdi.
Prezident İlham Əliyevin verdiyi qiymət dövlətimizin həyata keçirdiyi siyasətə Gədəbəy rayonunda yetərincə əməl olunduğunun təsdiqi idi. Bunu həmçinin dövlət başçısının uğurlu kadr siyasətinin məntiqi nəticəsi kimi də qiymətləndirmək olar. Təbii ki, rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov başda olmaqla hər bir gədəbəylinin bu işlərdə böyük əməyi vardır.
Acınacaqlı hal odur ki, bu qədər görülmüş yüksək səviyyəli işlərin miqyasına kölgə salmaq cəhdləri də baş verir. Belə ki, üzdəniraq mətbu nəşrlər kimlərinsə şəxsi maraqlarının quluna çevrilərək, şəri-böhtanı özünə yoldaş edərək bəzi adını sahibkar qoyanların diktəsi ilə oturub dururlar. Sahibkar sözünü anlamayan, mahiyyətini dərk etməyən şəxslər reket jurnalistlərlə əlbir olaraq qarayaxma kampaniyası aparmaqla fikirləşirlər ki, sanki istəklərinə nail olacaqlar.
Qanunsuzluğu qanuniliyə çevirmək istəyində bulunan bu kəslər unudurlar ki, bura Azərbaycandır. Ölkəmizdə isə qanun şah olaraq qalır. Dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi “heç kim qanunlarımıza qarşı zidd addım ata bilməz” – sözləri məhz belə nakəslər üçün ifadə olunub.
Hansısa magistral qaz xəttinin qoruma və mühafizəsi zolağında qanunsuz yaşayış evi tikərək qarşı tərəfində qapısı, pəncərəsi, gediş-gəliş üçün yolu olduğu halda adını sahibkar qoyaraq yaşadığı evin təyinatını özbaşına dəyişmək məqsədi ilə sahibkarlıq obyektinə çevirmək istəyində olanların qanunazidd əməlləri ifşa edilərkən belə hay-küylərin qopması həmin üzdəniraq reket jurnalistlərin bir peşəsidir. Utopik anlaqsız düşüncə tərzinə malik olan, yalan, uydurma, böhtan xarakterli həqiqəti əks etdirməyən fikirləri ilə bir sıra saytlarda, o cümlədən “Müsavat”, “Film.az”, “İçxeber.info”, “Xeberfakt.az”, “Azxeber.az”, “Yenilik.az”, “Gündem-Xeber.az” və s. kimilərindən özünə dəstək umanlar bilməlidir ki, “taylı tayını tapar” deyimi onların boyuna ölçülüb.
Hüquqları pozulmuş sahibkar kimi təqdim edilərək rayon rəhbərliyinə qarşı planlı və məqsədli şəkildə kimlərinsə fitnəsi, qəpik-quruşu ilə maliyyələşdirilərək rayonda gedən uğurlu işlərə qarşı səlib yürüşünə başlayanların aqibətinin nə olacağını özləri də yaxşı bilir. Rayonda müxtəlif yönümlü bəzi şəxslərin uydurma anti-Azərbaycan addımları nəyə hesablandığı da məlumdur. Onlar qarşıdan gələn Prezident seçkisi öncəsi rayonda sabitliyi, əmin-amanlığı pozmaq məqsədilə respublika ictimaiyyətini çaşdırmağa çalışan Əli Kərimli kimilərinə sosial baza yaratmağa səy göstərirlər. Belə şəxslərin başında duranlardan biri də bəzi müxalif şəxslərin əlində oyuncağa çevrilmiş Fəxrəddin Fərəməz oğlu Bağırovdur. Bu şəxs utopik anlaqsız yuxu yozmaları ilə sosial şəbəkələrdə, özü də müxalifyönümlü informasiya vasitələrində müxalifətin çirkab odu, çürümüş fikirlərini ictimaiyyətə sırımaqla məşğuldur.
Yuxarıda adlarını çəkdiyimiz saytlarda haqdan, qanundan danışaraq özünü haqlı hesab edən Fəxrəddin Bağırov əgər doğrudan da ədalətdən dəm vurursa onda sual olunur, korrupsiya cinayəti hüquq pozmaları ilə məşğul olmuş ruhi-əsəb xəstəsi olduğu halda “Dövlət Qulluğu haqqında” qanunun tələblərinin ziddinə olaraq 2009-cu ildən 2010-cu ilədək rayon ƏSMM-nin direktoru işləmiş qardaşının - Bağırov Rövşən Fərəməz oğlunun 1.03.1999-cu il tarixdə hərbi həkim komissiyasının qərarına əsasən ruhi əsəb xəstəsi olduğu üçün hərbi xidmətə yararsız olmasını və bu cür xəstənin həmin illərdə məsul vəzifəyə, yəni Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor təyin edilməsi nə qədər doğru idi? Həmçinin direktor təyin edildikdən sonra ruhi-əsəb xəstəsi kimi təqaüd almasını gizlətməsinə, ünvanlı sosial yardım alan 4 mindən artıq vətəndaşa təyin edilən sosial yardımın 12 ayın 7 ayının pulunu alıb mənimsəməsini, işdən azad edildikdən sonra rayona qarşı şantaj, böhtan, uydurma məqsədli və qərəzli hərəkətləriylə keçmiş rayon rəhbərlərinin təşkilatçılığı ilə “virus” yaymaqla məşğul olmasına niyə etiraz etmirdi? Bəs niyə bu gün onun mudafiəçisinə çevrilmiş həmin informasiya vasitələrində, saytlarda bu barədə məlumat vermirdi?!
Təbii ki, mən də mətbuat nümayəndəsi olaraq prezident İlham Əliyevin uğurlu kadr siyasətinin bariz nümunəsi olan, onun tapşırıq və göstərişlərinə öz əməli işi, fəaliyyəti ilə xidmət edərək Gədəbəydə əsaslı dönüşün başlanğıcını qoyan və bu rayonu respublikamızın ən gözəl şəhərlərindən birinə çevirən İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarova qarşı aparılan bu çirkin kampaniyaya biganə qala bilməzdim. Əslində Ramiz Yediyarovun kiminsə, hansısa jurnalistin belə mudafiəsinə ehtiyacı da yoxdur. Çünki onun əsl mudafiəçisi dövlətimizin başçısı, onun əməyinə yüksək qiymət verən gədəbəylilər və qurub yaratdığı işləridir.
Bir məqamıda xatırladım ki, Rövşən Bağırovun əsassız və qərəzli, həqiqəti əks etdirməyən hərəkətlərini “Azad Azərbaycan” qəzetinin 16 yanvar 2013-cü il tarixli sayında “Qanun şahdır, şah qanun deyil” başlıqlı tənqidi məqaləmdə də tənqid etmişdim. Həmin vaxt bu şəxsin əsas mudafiəçisi rolunda dövrün məşhur reket jurnalistləri olan “Bizim Dövr” və “Gündəlik Bakı” qəzetləri, oradakı üzdəniraqlar Surxay Əliyev və onun kimiləri çıxış edirdi. Həmin vaxt bu şəxs qardaşı Əliyev Oktay İbrahim oğlunu iş adamı, sahibkar kimi təqdim edərək 2013-cü ilin iyun ayında heç bir hüquqi sənədi olmadan Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qala Kənd meşəçiliyinin ərazisində özbaşına axar çayın üzərində ekologiyaya ağır zərbə vuraraq qanunvericilikdə meşə mühafizə zonalarında əsaslı tikinti aparması qadağan edildiyi halda öz əməllərini davam etdirmək istəyirdilər. Bunun üçün də həmin vaxt rayon rəhbərliyinə qarşı reket jurnalistləri səfərbər edərək kampaniya aparırdılar. Ancaq nəticə onların özləri üçün ağır oldu. Belə ki, hüquqlarının pozulduğunu iddia edən bu şəxsin güdazına gedən reket jurnalistlər ifşa olunaraq həbsxanaya atıldılar.
Maraqlıdır, görəsən bu şər-böhtan qrupunun növbəti qurbanı kim olacaq? Təbii ki, bunu zaman göstərəcək. Çünki haqq, ədalət hər zaman qalib olub. Atalar demiş “Yel qayadan heçnə qopara bilməz”...
Sonda onu da qeyd edim ki, gədəbəylilər belə şəxslərə el dilində “yazıq, satılmış, ağılsız adam” deyirlər!