Gələn il Yerin Günəşə ən yaxın və uzaq məsafəsinin vaxtı məlum oldu

Gələn il Yerin Günəşə ən yaxın və uzaq məsafəsinin vaxtı məlum oldu
Gələn il ərzində Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-ü saat 09:36-da baş verəcək.
Bu barədə “Report”a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, həmin vaxt Yer Günəşə ən yaxın nöqtədə olacaq: “Bu məsafə Yerlə Günəş arasındakı orta məsafədən, yəni 149 milyon 600 min km-dən 2,5 milyon km məsafə az olacaq”.
Mütəxəssis onu da qeyd edib ki, Yerin Günəşdən ən uzaq məsafəsi isə iyulun 6-na təsadüf edəcək: “Bu proses saat 20:48-də olacaq. Bu zaman Yer Günəşdən orta məsafədən 2,5 milyon km uzaq olacaq”. 
скачать dle 12.1
Geri qayıt