Azərbaycan sərt pul siyasəti yürüdəcək

Azərbaycan sərt pul siyasəti yürüdəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək.
Gunaz.az xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq".
E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub.
"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Mərkəzi Bankın ehtiyatları 42 milyard dolları ötüb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb", - deyə AMB sədri əlavə edib.
Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur.
E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub".
скачать dle 12.1
Geri qayıt