Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı

Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı
Nazirlər Kabineti “Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edib.
Gunaz.az xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyinin yeni kollegiyası təsdiqlənib.
Sənədlə nazirliyin kollegiya üzvlərinin sayı 4-dən (sədrlə birlikdə) 9-a çatdırılıb.
Kollegiyanın sədri:
Şahbazov Pərviz Oqtay oğlu - Energetika naziri
Kollegiyanın üzvləri:
Cavadov Gülməmməd Süleyman oğlu - Energetika nazirinin müavini
Abbasov Natiq Balaş oğlu - Energetika nazirinin müavini
Hüseynov İftixar Hüseyn oğlu - Energetika Nazirliyinin Aparatının rəhbəri
Ağayev İbrahim Hümbət oğlu- Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri
Nağıyev Fazil Mirağa oğlu - Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri
Məsimova Xalidə Məhəmməd qızı - Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri
Hüseynov Cəfər Əlisəf oğlu - Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi
Sadıqov Hacıqulu Rəvan oğlu - Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi.
Qərar bu gündən qüvvəyə minib.
скачать dle 12.1
Geri qayıt