AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı

AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qalmaqallı qərarlar qəbul olundu.

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əminə Nur Günay deyib.

O, sessiyada bir sıra qalmaqallı qərarların qəbul olunduğunu bildirib:

"Daha bir qalmaqallı qərar isə Azərbaycanla bağlı qəbul edildi. Bu, Türkiyə haqqında verilən qərara bənzər bir qərar idi".

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında həqiqətə uyğun olmayan fikirlərin yer aldığı "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələr qəbul edilib.

скачать dle 12.1
Geri qayıt