AMB şənbə gününü banklar üçün iş günü elan edib

AMB şənbə gününü banklar üçün iş günü elan edib
Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.

GUNAZ.az xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:

 "Milli Ödəniş Sisteminin İştirakçılarına.
Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi
iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.
 
Xahiş edirik, nəzərə alasınız".//apa
скачать dle 12.1
Geri qayıt