Metropoliten şagirdlərə hədiyyə paylayacaq

Metropoliten şagirdlərə hədiyyə paylayacaq

Bakı Metropoliteni 15 sentyabr Bilik Günü münasibəti ilə balaca məktəblilərə dərs ləvazimatları hədiyyə edəcək.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev aksiyada 200-ə yaxın hədiyyənin verilməsinin nəzərdə tutulduğunu bildirib:

“Keçirdiyimiz sosial aksiyada stansiyaları gəzərək qarşılaşdığımız məktəblilərlə söhbətləşib, hədiyyələrini təqdim edəcəyik. Əsas məqsədimiz yeni dərs ilində 1-ci siniflərdə ruh yüksəkliyi və dərs oxumağa maraq yaratmaqdır”.

Qeyd edək ki, aksiya sentyabrın 15-i saat 11:00-da metronun “28 May” stansiyasından start götürəcək.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt