Ölkəmizdə ayaqqabı istehsalı azalıb

Ölkəmizdə ayaqqabı istehsalı azalıb
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 112,4 min cüt ayaqqabı istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 7 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 22,5% az olub.
İyul ayında ölkədə ayaqqabının qiymətində iyun ayına nisbətən 0,1% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,5% artıb.

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt