Həccdən sonra müqəddəs şəhərlərə ziyarətlər olacaq

Həccdən sonra müqəddəs şəhərlərə ziyarətlər olacaq

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür.

GUNAZ.az  xəbər verir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: "Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərlərə ziyarətlər təşkil olunacaq”.

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir”. 

 

скачать dle 12.1
Geri qayıt