Sabahdan Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq

Sabahdan Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq
İyulun 10-u səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.
Gunaz.az  "Azəravtoyol" ASC-yə istinadən bildirir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.
"Azəravtoyol" ASC müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
скачать dle 12.1
Geri qayıt