Bakının Nəsimi rayonunda su kəsiləcək

Bakının Nəsimi rayonunda su kəsiləcək
Bakının Nəsimi rayonunun Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-a qədər paytaxtın Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu” ASC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, yarancaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt