Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO
Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.
Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak edirlər.
Vida mərasiminin ardından mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.
O, İstanbulun "Florence Nightingale” xəstəxanasında vəfat edib.

GUNAZ.az

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 

Natiq Əliyevlə vida mərasimi keçirildi - FOTO

 


скачать dle 12.1
Geri qayıt