Qərb
Universitetinin təşkilatçılığı ilə iyunun 1-də başlayan "Müasir dəyişən dünyada
xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri”
mövzusunda dünən başlamış Beynəlxalq Elmi Konfrans bu gün bölmə iclaslarında
işini davam etdirib. Bölmə
iclasları "Müasir Avropa və islam dininə münasibət”, "Cənubi Qafqaz regionunda
xalqların milli özünütəsdiq məsələləri” və "İslam həmrəyliyi zamanın
çağırışıdır” istiqamətlərini əhatə edib. ABŞ-ın
İndiana Universitetinin professoru Viliam Fierman, Misirli tədqiqatçı, Siyasət
və İnformasiya Tədqiqatlarının Dialoq Mərkəzində Asiya Araşdırmaları sektorunun
rəhbəri Əhməd Abdo Tərabik, Qahirə Universitetinin tədqiqatçısı Əhməd İbrahim Dərviş
Muhəmməd, Özbəkistanlı tədqiqatçı Şuxrat Salamov, Rusiyanın Ural Federal Dövlət
Universitetinin professoru Aleksandr Nestrov, Gürcüstanın Suxum Dövlət
Universitetinin professoru Quram Marxuliya, Qərb Universitetinin professoru
Fikrət Sadıxov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru Fuad Məmmədov və başqalarının məruzələrində islam ölkələri
arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli
özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin
yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu
münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə
olmasından bəhs olunub, müzakirələr aparılıb. Bölmə
iclaslarından sonra bağlanış mərasimi keçirilib. Bölmə moderatorları edilmiş
mühazirələr, aparılmış müzakirələr barədə məlumat veriblər. Bölmələrdə
elmi və ictimai əhəmiyyət kəsb edən mühazirələrin, olduqca səmərəli müzakirələrin
aparıldığı diqqətə çatdırılıb. Bilidirilib ki, Qərb Universiteti yüksək səviyyədə
təşkil etdiyi bu konfransla eyni zamanda bir sıra vacib problemlərin müzakirəsi
üçün evsahibliyi edib. Daha
sonra iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir ədəbi-bədii kompazisiya
ilə davam edib. Məlumat üçün bildirək ki, konfransda ABŞ, Böyük
Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də
daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar
və siyasi xadimlər iştirak edirlər. TədqiqatçılarQərb Universitetin təşkilatçılığı ilə keçirilən bu konfransın
regional problemlərin həllinin, eləcə də xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual
problemlərinin müzakirəsi baxımından yaxşı platforma
olduğunu qeyd ediblər.Çıxışçılar yüksək səviyyədə təşkil olunmuş konfransda müzakirəyə çıxarılmış məsələlərlə
bağlı səmərəli nəticələr əldə olunacağına əminliklərini ifadə ediblər. Əlavə edək
ki, Konfrans ərəfəsində dünyanın tanınmış təqdqiqatçılarının iştirakı ilə Qərb
Universitetində bir sıra seminar, treyninq və mühazirələr təşkil olunub. Konfrans
zəngin mədəni proqramla da müşayiət olunur, xarici qonaqlar Azərbaycanın tarixi
və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edib, müxtəlif tədbirlərə
qatılıblar. İki gün
öncə qonaqlar Bakıda – İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça
Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan
Tarix Muzeyində olublar. Xarici tədqiqatçılar
Azərbaycanın qədim tarixi irsi barədə məlumatları olduqca maraqla qarşılayıb,
topladıqları informasiyaları öz ölkələrində bölüşəcəklərini bildiriblər.