SABAHA OLAN HAVA PROQNOZU

SABAHA OLAN  HAVA PROQNOZU
 Mayın 15-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanınbuludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti,
Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti,
gündüz 9-14° isti olacağı gözlənilir.

GUNAZ.az  

скачать dle 12.1
Geri qayıt