Sabir Həsənov: "Məqsədimiz kitaba dönməkdir"

""AZƏRKITAB"IN MƏNƏVI VARISIYƏM VƏ ÖHDƏMƏ
DÜŞƏN VƏZİFƏNI
LAYIQINCƏ
YERINƏ YETIRƏCƏM"
Mütaliəsi zəif, kitaba uzaq olan
insan dünyanın ən yoxsul varlığı sayılır. Məhşur Roma yazıçısı Senesa deyib ki,
"Kitabsız yaşamaq; kar, kor, dilsiz yaşamaqdır”. Həqiqətən də kitab insan
həyatında, onun formalaşmasında böyük rola malikdir. May ayının 10-da
paytaxtımızda sahəsinə və imkanlarına görə ən böyük məkan, "Azərkitab” Kitab
Təbliğatı Mərkəzi oxucuların istifadəsinə veriləcəkdir.
Çoxsaylı KİV nümayyəndələrinin
və ictimayyətin maraqlarını nəzərə alaraq bu layihənin müəllifi Sabir Həsənovun
mətbuat üçün açıqlamasını oxucuların diqqətinə çatdırırıq.
- Sabir müəllim, kitab mərkəzi açmaq ideyası
sizin çoxdankı arzunuz olub, yoxsa bu sadəcə biznes planınızın bir hissəsidir?
- İlk öncə qeyd edim ki, "Azərkitab” kitab birliyi ilk dəfə olaraq 1924- cü ildə fəaliyyətə başlayıb və 2000
– ci ildə bu müəssisənin fəaliyyətinə bir ticarət qurumu olaraq xitam verilib. Bilirik ki, bu gün ölkədə kitab mağazaların
sayı kifayət qədər deyildır, nəşr edilən kitabların sayı çox azdır. Ölkəmizdə
oxu qabiliyyəti olan insanların sayı beş milyona çatmasına baxmayaraq təssüf
ki, Azərbaycanda elə rayon vardır ki, orada bir dənə də olsun kitab mağazası
yoxdur. Məhz bu səbəblərə görə, insanlarımıza, xüsusən də gənclərimizə kitab
sevgisini aşılamaq üçün kitab mərkəzini yaratmağı qərara aldım. "Azərkitab”
Kitab Təbliğatı Mərkəzi dörd mərtəbədən ibarətdir. Burada oxucularımız hər
sahədən kitablar əldə edə bilərlər. Eyni zamanda mərkəzdə onların istirahəti
üçün Book–cafe fəaliyyət göstərəcək. Mağazamızın 1-ci mərtəbəsində ziyalılar evi,2–ci və 3-cü mərtəbəsi kitab satışı üçün
nəzərdə tutulub. 4–cü mərtəbəsində isə
qalereya və konfrans zalı yerləşir ki, burada oxucuların yazarlarla, şairlərlə görüşləri
keçiriləcəkdir.
Kitab
evinin açılışını 10 may tarixinə
salmaqla Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə hörmətimizi ifadə
etmişik. Bildiyimiz kimi ulu öndər kitab nəşri, kitab çapı işinin inkişaf
etməsinə böyük önəm verirdi.
- "Azərkitab”ın fəaliyyəti zamanı
nəşriyyatlarla işinizi necə qurmağı planlaşdırırsınız?
Bildiyimiz
kimi ölkəmizdə nəşriyyatların böyük bir qismi, yalnız müəllif sifarişi əsasında
fəaliyyət göstərir. Kitab bazarını, oxucu tələbatını nəzərə alaraq kitab tərtib
edib ictehsal edən nəşriyyatların sayı birincilərə nisbətən azdır. Biz
fəaliyyətimiz zamanı çalışacağıq ki, müəllif kitabları ilə bərabər, oxucu
tələbatına uyğun olan kitabların hazırlanmasını və çap edilməsini nəşriyyatlara
sifariş edək. Hazırda bununla bağlı partnyor nəşriyyatlarımızın bir qismini
müəyyən etmişik.
Bir sözlə
oxucu tələbatına cavab verə biləcək bütün nəşriyyatlarla əməkdaşlıq etmək
niyyətindəyik.
- Kitab Mərkəzində hansı sahələrə üstünlük
veriləcəkdir?
-
Ümumiyyətlə "Azərkitab” ixtisaslaşmış kitab mağazası olacaq. Burada oxucular
dünya ədəbiyyatını, tərcümələri çox asanlıqla əldə edə bilərlər. Hal-hazırda
Azərbaycanda tibb ədəbiyyatı, elmi, hüquqi, texniki ədəbiyyatların tərcüməsi
olduqca bərbad vəziyyətdədir.
Ümumiyyətlə
Azərbaycanın özündə belə kitabların nəşri, satışı zəif inkişaf edir. Bizim
məqsədlərimizdən biri də dünya ədəbiyyatının Azərbaycana gəlişini təmin
etməkdir. Çalışacağıq bu sahənin inkişaf etdirilməsinə xidmət edək. Oxucular
belə kitabları da məhz bizim mərkəzdən əldə edə bilərlər.
- Gələcəkdə mərkəzinizə oxucuları cəlb etmək
məqsədi ilə hər hansı kampaniyalar düşünürsünüz?
-
Çalışırıq ki, orta məktəblərlə, ali məktəb rəhbərləri ilə əlaqə saxlayaq. Orada
təhsil alan şagirdlərin, tələbələrin bizim kitab evi ilə tanışlıq üçün onların
ekskursiyalarını təşkil edək. Bunun üçün hətta biz avtobuslar da təşkil
etmişik. Bundan əlavə biz aztəminatlı ailələri, məcburi köçkün və şahid
ailələrini də unutmamışıq. Belə ailələrin təhsil alan uşaqlarını dərs
vəsaitləri, dərsliklərlə təmin etməyi düşünürük.
- Hansı nəşriyyat evləri ilə əməkdaşlıq
edəcəksiniz, yeni tərcümələr düşünülürmü?
- Tərcümə
mərkəzi ilə görüşlərimiz olub və bir sıra layihələr həyata keçirməyi düşünürük.
Bir çox nəşriyyat evləri ilə danışıqlar aparılıb. "Təhsil”, "Yazıçı” "Nərgiz” "Qanun” və digər
nəşriyyatlarla əməkdaşlıq etməyi düşünürük.
Bundan
başqa mərkəzimizin nəzdində qalereya da fəaliyyət göstərir ki, biz burada gənc
istedadların rəsmlərinin, əl işlərinin sərgisini keçirəcəyik, bu əsərlərin
satışını həyata keçirə bilərik. Bu xidmətimizin məqsədi gənc istedadları üzə
çıxarmaq və onlara kömək etməkdir.
- Gənc yazarlarla işinizi necə qurmağı
düşünürsünüz?
Biz artıq
gənclərlə işimizi qurmuşuq və bunu davam etdiririk. Azərbaycanda fəaliyyət
göstərən bir neçə gənclər təşkilatlarının nümayyəndələri ilə görüşlər
keçirmişik. 10-a yaxın kitab təqdimatı və bir neçə gənc rəssamların sərgisini
keçirmişik.
Gənc yazarlarımızı tanıtmaq, yaddaşlardan silinmiş
adət-ənənələrimizi xatırlatmaq, mütaliəni, maariflənməni artırmaq, yaşlı nəsil
yazarlarla gənc nəsil oxucular arasında olan əlaqəni bərpa etmək bizim öndə
olan məqsədlərimizdən biridir.
Özünüz də bilirsiniz ki, Qarabağla və ya digər hadisələrlə
bağlı başımıza gələn hadisələri vaxtında dünyaya çatdıra bilmirik. Bir
Azərbaycanlı olaraq bizim ən böyük vəzifəmiz ondan ibarətdir ki, mənfur
ermənilər tərəfindən xalqımızın başına açılan oyunları dünya ictimaiyyətinə
çatdıraq. Məhz biz də çalışırıq ki bu mövzuda kitablar nəşr edək və Qarabağ
həqiqətlərini bütün dünyaya tanıdaq. Eyni zamanda fondumuz olacaq ki, biz
aztəminatlı ailələrə kitab, məktəb ləvazimatları ilə yardım edək. Mən özümü
Azərkitabın mənəvi varisi hesab edirəm və bunun üçün öhdəmə düşənləri layiqincə
yerinə yetirəcəm.
- Balaca oxucularımız üçün hansı şərait
yaradılıb, orta məktəb şagirdləri burada özlərinə lazım olan dərslikləri,
testləri əldə edə biəcəklərmi?
- Mərkəzin ikinci mərtəbəsində "Uşaq aləmi” zalı var.
Mərkəzin bu guşəsində uşaqlar sanki nağıllar aləminə səyahət edəcəklər. Burada
uşaqların nağıllardan tanıdıqları personajlara rast
gəlmək olar. Bununla yanaşı burada canlı ünsiyyət də
olacaq. Yəni "Piri baba”nın müşaiəti ilə həftədə bir neçə dəfə nağıl günləri
təşkil olunacaq. Bununla yanaşı uşaqlara animasiya filmləri də göstəriləcək.
Bu güşənin yaradılmasında məqsəd uşaqlarda hələ
uşaq vaxtından ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza qarşı sevgi və
maraq oyaatmaqdır.
- Mərkəzdə
olarkən açılışla bağlı qızğın iş getdiyinin şahidi olduq. Açılışa kimləri dəvət
etmisiniz?
- Biz yazılı olaraq cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun
rəhbəri, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm nazirinə, Təhsil
nazirinə, Universitet rəhbərlərinə, yazarlara,
o cümlədən gənc yazarlara dəvətnamə göndərmişik.
Lakin hesab edirəm ki, Azərkitab bütün xalqımızın müraciət
etdiyi məkan olacaqdır. Ona görə də fürsətdən istifadə edib bütün oxu aləmi
nümayyəndələrini 10 may tarixində "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin
açılışına dəvət edirəm.
-
Fəaliyyətdə olan digər kitab satışı mərkəzləri ilə rəqabət aparmağa
hazırsınızmı?
Hazırda ölkəmizdə müasir sdandartlara cavab verən iki-üz
kitab satışı mərkəzi vardır ki, bunlar da yalnız paytaxtda yerləşir. Bu isə
paytaxt əhalisinin sayını nəzərə alsaq çox azdır. Deməli, bizə insanlarımızın
oxu mədəniyyətinin artırılması üçün rəqabət deyil, əməkdaşlıq etmək lazımdır. Zaman bu gün biz kitabçıların üzərinə böyük məsuliyyət qoymuşdur. Insanlarımızın savadlı olması, kitaba olan marağının
artırılması və s.
Bu müqəddəs işdə bütün həmkarlarıma uğurlar
arzulayıram və onları əməkdaşlığa dəvət edirəm.
-Biz də
sizə işlərinizdə uğurlar arzulayırıq.
Sağ olun.
Rauf İlyasoğlu