Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? - Hüquqi yardım

Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? - Hüquqi yardım

Femida.az vətəndaşlara hüquqi yardımını davam etdirir.
Aliment ödənilməsi hər zaman mübahisəli sahə sayılır. Bəs, alimentin ödənilməsi hansı hallarda dayandırıla bilər?
 Vəkil Asif Abdullayevin şərhini təqdim edirik:
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;
3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək 
qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt