Azərbaycana səfərindən
sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünün rəhbərlik etdiyi ölkənin
ən nüfuzlu dövlət qurumlarından biri olan Qazaxıstan Xalqlar Assambleyasının növbəti
qurultayında azərbaycanlı Əbülfəz Xamedovu müavin kimi namizədliyini irəli sürüb .
O
böyük səs çoxluğu ilə Assambleyanın sədr müavini seçilib. Azərbaycanın
Qazaxıstandakı səfirliyindən verilən məlumata görə qurultay bu gün axşam
saatlarında yekunlaşıb. Əbülfəz Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının
sədri kimi uzun illər fəaliyyət göstərib. Bu gözlənilməz qərar əlbəttə ki,
Nazarbayevin Azərbaycana jesti kimi də dəyərləndirilə bilər. Qazaxıstanlı
ekspertlərin qənaətinə görə Qazaxıstan Prezidenti Azərbaycana səfərindən çox məmnun
olduğuna görə belə bir qərar verib. Yeri gəlmişkən Qazaxıstan qanunvericiliyinə
görə, Assambleyadan irəli sürülən namizədlər səsvermə prosesində iştirak etmədən
bu ölkənin parlamentində təmsil oluna bilərlər. Bu isə qurumun ölkədə yüksək
nüfuzunun bur göstəricisidir.