Təhlükəsizlik tədbirləri gücləndirildi - "Azneft"
Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
GunAz.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.
