Kondisionerin yaratdığı təhlükələr-DİQQƏTLİ OLAQ

Kondisionerin yaratdığı təhlükələr-DİQQƏTLİ OLAQ
Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
GunAz.az xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərdə toplanan mikroorqanizmlər tənəffüs yolu infeksiyaları, allergiya, sinusit və əzələ ağrıları riskini artırır.
Bildirilib ki, vaxtında təmizlənməyən kondisioner filtrlərində toplanan virus, bakteriya və toz hissəcikləri havaya yayılaraq boğaz ağrısı, öskürək və burun axıntısı kimi şikayətlərə səbəb ola bilər.
Bundan əlavə, uzun müddət birbaşa soyuq hava axınına məruz qalmaq boyun, çiyin və bel nahiyəsində ağrıların yaranmasına və ya mövcud ağrıların şiddətlənməsinə gətirib çıxara bilər.
Mütəxəssislər sağlamlıq problemlərinin qarşısını almaq üçün kondisionerlərin mütəmadi təmizlənməsini, temperaturun 23-26 dərəcə arasında saxlanılmasını və soyuq hava axınının birbaşa insanın üzərinə yönəldilməməsini tövsiyə edirlər.
скачать dle 12.1
Geri qayıt