Temperatur 41 dərəcəyə yüksələcək - Əhaliyə XƏBƏRDARLIQ!
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
