Mərdəkan Müalicə Pansionatında xeyriyyə konserti keçirildi
Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Ağsaqqallarla iş üzrə sədr müavini, eyni zamanda qurumun Xəzər rayon təşkilatının sədri Telman Kərimzadənin təşəbbüsü ilə Mərdəkan Müalicə Pansionatında xeyriyyə konserti təşkil olunub.
GunAz.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Müalicə Pansionatında baş tutub.
Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xeyriyyə tədbirində şairlər, ziyalılar, media nümayəndələri, pansionatın həkim kollektivi, eləcə də burada müalicə alan ahıl və əlilliyi olan şəxslər iştirak ediblər.
Gecənin aparıcısı Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Saatlı rayon təşkilatının sədri, şair-publisist, "Qızıl Qələm" mükafatçısı Ədalət Arazlı olub. O, çıxışı və təqdimatı ilə tədbirə xüsusi ab-hava qazandırıb.

Xeyriyyə konserti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və tədbirin əsas məqsədinin pansionatda yaşayan insanların mənəvi dəstəklənməsinə töhfə vermək olduğu vurğulanıb.
Konsert proqramının sonunda Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Xəzər rayon təşkilatının sədri Telman Kərimzadə tərəfindən tədbirdə fəal iştirak edən şəxslərə diplomlar təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
İlahə Allahverdiyeva