Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib
Yazıçı-publisist Yunus Oğuzun “Türk” etnonimi və törələri adlı kitabı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib.
GunAz.az xəbər verir ki, kitab qədim mənbələr, etnoqrafik materiallar və müasir elmi araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli aspektdən təqdim edir. Müəllif nəşrdə “türk” etnoniminin mənşəyi, türk törələri və milli kimliyin tarixi inkişafı ilə bağlı araşdırmalarını oxucuların diqqətinə çatdırır.
Respublika Gənclər Kitabxanasının fonduna daxil edilən nəşr bundan sonra kitabxananın oxucularının istifadəsinə veriləcək. Türk tarixi, etnoqrafiyası və milli-mədəni irsi ilə maraqlanan oxucular kitabdan kitabxanada faydalana biləcəklər.
Qeyd edək ki, kitab haqqında daha ətraflı məlumatı www.ryl.az saytından əldə etmək mümkündür.
