Burnun düzəltdirmək istədi gözü zədələndi
Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
GunAz.az xəbər verir ki, məhkəmə belə qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib. Qafqazinfo.az
