Gələn həftədən bağçalara elektron qəbul başlayır

Gələn həftədən bağçalara elektron qəbul başlayır
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesinə başlanılır.
GunAz.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
İyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına start veriləcək.
2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.
скачать dle 12.1
Geri qayıt