Komadan oyanma şansı cəmi 13 saniyədə bəlli olacaq?

Komadan oyanma şansı cəmi 13 saniyədə bəlli olacaq?
13 saniyə davam edən və göz bəbəklərinin işığa reaksiyasını ölçən test ağır kəllə-beyin travması keçirmiş pasiyentin şüurunun bərpa olunub-olunmayacağını proqnozlaşdırmağa kömək edə bilər.
GunAz.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Danimarkanın Kopenhagen Universitet Xəstəxanasının alimləri bu nəticəyə gəliblər.
Ağır beyin zədələrindən sonra bir çox pasiyent uzun müddət huşsuz vəziyyətdə qalır və həkimlər onların vəziyyətinin yaxşılaşacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Tədqiqatçılar müəyyən ediblər ki, təkcə bəbəyin işığa reaksiyası deyil, onun işıq stimulyasiyası dayandırıldıqdan sonrakı gec reaksiya da mühüm informasiya daşıyır.
Tədqiqatda travmatik və qeyri-travmatik beyin zədələri nəticəsində şüur pozuntusu yaşayan 250 pasiyent, həmçinin 30 sağlam könüllü iştirak edib. Alimlər 20 gün ərzində hər gün avtomatik pupillometriya aparıblar. Bu üsulda portativ cihaz işığa cavab olaraq bəbəyin diametrində baş verən dəyişiklikləri ölçür.
Təhlil göstərib ki, bəbəyin gec reaksiyasının daha ifadəli olması sonrakı yeddi gün ərzində şüurun yaxşılaşması ehtimalının artması ilə əlaqəlidir. Tədqiqat müəlliflərinin sözlərinə görə, işığa gec reaksiya adi nevroloji müayinə zamanı hələ yaxşılaşma əlamətləri görünməsə belə, beyinin bərpa potensialının qorunub saxlandığını göstərə bilər.
Test hər göz üçün təxminən 13 saniyə çəkir və artıq bir çox reanimasiya şöbəsində istifadə olunan avadanlıq vasitəsilə həyata keçirilə bilər.
скачать dle 12.1
Geri qayıt