AZAL Naxçıvan reyslərini ləğv etdi

AZAL Naxçıvan reyslərini ləğv etdi
Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə GunAz.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 
Məlumatda qeyd olunur ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
скачать dle 12.1
Geri qayıt