Akif Əlizadəyə yeni vəzifə verildi

Akif Əlizadəyə yeni vəzifə verildi
Azərbaycanın tanınmış alimi, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) xarici üzvü seçilib.
Bu qərar qurumun əsasnaməsinə uyğun olaraq qəbul edilib və azərbaycanlı alimə REA-nın xarici üzvü diplomu ilə xatirə döş nişanı təqdim olunub.
Görkəmli alim bundan əvvəl Rusiya Təbiət Elmləri Akademiyasının da xarici üzvü seçilmişdi.
Qeyd edək ki, 1934-cü il təvəllüdlü akademik Akif Əlizadə uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna rəhbərlik edib, həmçinin 2013-2019-cu illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb.
скачать dle 12.1
Geri qayıt