Azərbaycanlı ekspert beynəlxalq platformada təmsil olunacaq.

Azərbaycanlı ekspert beynəlxalq platformada təmsil olunacaq.
20 ildən artıq peşəkar təcrübəyə malik azərbaycanlı ekspert beynəlxalq peşəkar platformada təmsil olunacaq.
GunAz.az xəbər verir ki, maliyyə idarəetməsi, dövlət satınalmaları və strateji idarəetmə sahəsində 20 ildən artıq peşəkar fəaliyyət göstərən Yusifov Tamir Məmmədtağı oğlu növbəti beynəlxalq uğura imza atmışdır.
Peşəkar fəaliyyəti, zəngin idarəçilik təcrübəsi və dövlət maliyyəsinin səmərəli idarə olunması istiqamətində həyata keçirdiyi təşəbbüslər nəzərə alınaraq, Tamir Yusifov beynəlxalq maliyyə və satınalmalar assosiasiyasının katibliyinə qəbul olunmuşdur. Bu qərar onun uzun illər ərzində formalaşdırdığı peşəkar nüfuzun və beynəlxalq standartlara əsaslanan idarəetmə yanaşmasının yüksək qiymətləndirilməsinin göstəricisi hesab olunur.
Xüsusilə dövlət satınalmaları, tikinti layihələrinin maliyyə idarəçiliyi, daxili nəzarət sisteminin təkmilləşdirilməsi, büdcə vəsaitlərindən səmərəli istifadə və korrupsiya risklərinin minimuma endirilməsi istiqamətində irəli sürdüyü konseptual təkliflər beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilmişdir. Məlumata görə, həmin yanaşmalar praktik tətbiq üçün formalaşdırılmış metodoloji bazaya daxil edilmiş və gələcək fəaliyyət istiqamətlərindən biri kimi qəbul olunmuşdur.
Tamir Yusifovun hazırladığı yanaşmalar risk əsaslı satınalma modeli, şəffaflığın artırılması, rəqabət mühitinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi və dövlət vəsaitlərinin daha səmərəli idarə olunmasına xidmət edən müasir idarəetmə mexanizmlərini özündə birləşdirir.
O, fəaliyyəti dövründə dövlət idarəetməsi, maliyyə təminatı, büdcə planlaşdırılması, dövlət investisiyalarının idarə olunması və iri həcmli satınalma layihələrinin koordinasiyası sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışaraq mühüm layihələrin həyata keçirilməsində iştirak etmişdir.
Mütəxəssislərin fikrincə, azərbaycanlı ekspertin beynəlxalq peşəkar platformada təmsil olunması ölkəmizin maliyyə idarəçiliyi və dövlət satınalmaları sahəsində formalaşmış müsbət təcrübəsinin beynəlxalq müstəvidə tanınmasına, eyni zamanda qabaqcıl idarəetmə modellərinin inkişafına töhfə verəcək.
Yusifov Tamir Məmmədtağı oğlunun əldə etdiyi bu uğur, peşəkarlığın, davamlı inkişafın və innovativ idarəetmə yanaşmalarının beynəlxalq səviyyədə qiymətləndirilməsinin növbəti nümunəsi olmaqla yanaşı, Azərbaycan mütəxəssislərinin qlobal peşəkar platformalarda artan nüfuzunun da göstəricisidir.
скачать dle 12.1
Geri qayıt