Bu rayonda qaz olmayacaq
İyunun 29-da Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
GunAz.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
GunAz.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, iyunun 29-u saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun bir hissəsinə qazın verilişi dayandırılacaq. Fasilə payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir işləri ilə əlaqədardır.
Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
