Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR

Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
Aşura günü münasibətilə Azərbaycanda müxtəlif ünvanlarda qanvermə aksiyası keçirilir.
GunAz.az xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.
Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, sosial məsuliyyət hissini gücləndirməkdir.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasının keçiriləcəyi ünvanlar:
S/n
Şəhər, rayon
Qanvermə aksiyasının keçirildiyi yer
1
Xəzər
Mirmövsüm Ağa Ziyarətgahı
2
Nəsimi
Əjdərbəy məscidi (Göy məscid)
3
Nizami
Sahib-əz-Zaman məscidi, Şah Abbas məscidi
4
Səbail
Bibiheybət məscid ziyarətgahı
5
Sabunçu
İmam-Rza məscidi
6
Suraxanı
Qaraçuxur məscidi
7
Yasamal
Təzə Pir məscidi, İlahiyyat İnstitutu
8
Binəqədi
Came məscidi, İmam Əli məscidi
9
Gəncə
İmamzadə məscid ziyarətgah kompleksi
10
Lənkəran
Mərkəzi Qan Bankının Lənkəran bölməsi
11
Mingəçevir
Heydər məscidi
12
Sumqayıt
Cümə məscidi
13
Şəki
İmam Əli məscidi
14
Şirvan
Şirvan şəhər məscidi
15
Bərdə
İmamzadə ziyarətgah məscidi
16
Quba
Mərkəzi Qan Bankının Quba bölməsi
17
Masallı
Cümə məscidi, Boradigah qəsəbə xəstəxanası
18
Göyçay
Əbülfəzlil Abbas məscidi
19
Xaçmaz
Rayon Mərkəzi Xəstəxanası
20
Salyan
Hacı Tağı məscidi
21
Şuşa
Yuxarı Gövhər ağa məscidi
22
Ağdam
Ağdam şəhər Cümə məscidi
23
Naxçıvan şəhəri
Heydər məscidi, Sarvanlar məscidi, Pirqəmiş məscidi
24
Babək
Mərkəzi Rayon Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri
25
Ordubad
Rayon Mərkəzi Xəstəxanası
26
Culfa
Rayon Mərkəzi Xəstəxanası, Bənəniyar kənd həkim məntəqəsi
27
Şahbuz
Rayon Mərkəzi Xəstəxanası
28
Kəngərli
Rayon Mərkəzi Xəstəxanası
29
Sədərək
Rayon Mərkəzi Xəstəxanası
30
Şərur
Rayon Mərkəzi Xəstəxanası
скачать dle 12.1
Geri qayıt