Vətəndaşların hesablarına vəsait köçürüldü

Vətəndaşların hesablarına vəsait köçürüldü
İyun ayına aid müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının maliyyələşdirilməsi prosesi yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzərdə tutulan vəsaitlər artıq vətəndaşların hesablarına köçürülüb.
Nazirlikdən GunAz.az-a daxil olan məlumata əsasən, cari ayın bütün sosial ödənişləri tam başa çatdırılıb.
Qurum bundan əvvəl pensiyaların verilməsini də təmin etmişdi. İlkin mərhələdə, yəni iyunun 12-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan pensiyaçıların vəsaitləri ödənilib. Ayın 19-da isə respublikanın digər regionlarında yaşayan şəxslərin, o cümlədən güzəştli şərtlərlə təqaüd alanların iyun ayı üçün pensiya ödənişləri reallaşdırılıb.
скачать dle 12.1
Geri qayıt