Küləkli havada çimərlik faciəsi: Nazirlikdən vətəndaşlara ciddi çağırışı!

Küləkli havada çimərlik faciəsi: Nazirlikdən vətəndaşlara ciddi çağırışı!
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
GunAz.az xəbər verir ki, nazirlikdən bildirilib ki, aparılan geniş maarifləndirmə tədbirlərinə və küləkli hava şəraitində, eləcə də qeyri-çimərlik ərazilərdə çimməyin təhlükələri barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması faciəvi nəticələrə səbəb olur.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə, küləkli hava şəraitində baş vermiş son sudabatma hadisəsi təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha göstərir.
Bununla əlaqədar FHN vətəndaşlara müraciət edərək, küləkli hava şəraitində dənizə girməməyə, qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
Nazirlik bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına biganə yanaşmaq insan həyatı üçün ciddi təhlükə yaradır.
скачать dle 12.1
Geri qayıt